IQNA

7:18 - May 14, 2019
Xəbər sayı: 3485131
Oman İslami Fondlar Nazirliyinin nümayəndəsi ölkəsinin Quran mədəniyyəti fəaliyyətlərinə xüsusi diqqət ayırdığını, Quran mədrəsələrini və Quran maarifinin yayılmasını dəstəklədiyini vurğuladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 27-ci beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxaq bölməsinin açılış mərasimində iştirak edən Oman İslami Fondlar Nazirliyinin nümayəndəsi ölkəsinin Quran mədəniyyəti fəaliyyətlərinə xüsusi diqqət ayırdığını, Quran mədrəsələrini və Quran maarifinin yayılmasını dəstəklədiyini vurğuladı.

Faiz bin Mərhun əl-Hadi  - Oman İslami Fondlar Nazirliyinin nümayəndəsi, əlavə etdi: Quran mədəniyyəti qədim zamanlardan Oman əhalisi arasında mövcud olub və bu gün də bu mədəniyyət davam edir.

O vurğuladı: Qurani-Kərim müsəlmanlar arasında mədəni və əxlaqi birliyinin əsas amili olmalıdır.

توجه ویژه سلطنت عمان به فرهنگ قرآنی

İran İslam Respublikasının 27-ci beynəlxalq Qurani-Kərim sərgisinin beynəlxaq bölməsinin açılış mərasiminin digər iştirakçısı Xalid Taruti – Tunisin Qeyrəvan şəhərinin Zeytuniyyə universitetinin Araşdırmalar Mərkəzinin rəisi, Tunis xalqının İran xalqına salamlarını çatdıraraq dedi: Zeytuniyyə universiteti hicri-qəmərinin ikinci əsrindən indiyədək Quran fəaliyyətləri sahəsində aktivdir. Bu universitet bütün dünyada Quran maarifi sahəsində fəaliyyət göstərir.

O əlavə etdi: Quran bütün insanlar üçün hər bir şəraitdə yaşam tərzi yollarını göstərir.

توجه ویژه سلطنت عمان به فرهنگ قرآنی

Mərasimdə iştirak edən Məhəmməd Şəfii Zal – Malaziyanın Yayasan nəşriyyatının məsulu, çıxışında Qurani-Kərimin müxtəlif millətləri mədəni baxımdan bağlayıcı roluna işarə edərək dedi: Qurani-Kərim müsəlman millətləri mədəni baxımdan bir-birinə bağlayır. Necə ki, bizi İran İslam Respublikasında bir yerə toplayıb. Və bu, Quranın ecazkarlığıdır.

Mərasimin sonunda Quran maarif və mədəniyyəti sahəsində seçilmiş əsərlərin, o cümlədən "ət-Tahirə" (ərəb dilində), "Yeni İran" (urdu dilində), "Şiə Quranı" (türk dilində), "Nigar" (ərəb və fransız dillərində) və "Məhcubə" (ingilis dilində) jurnalların təqdimatı keçirilib.  

http://iqna.ir/fa/news/3811332

Ad:
E-poçt:
* Comment: