İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərin 8-ci "Katara Mükafatı-2019" Qurani-Kərimin Hifzi Yarışları keçən həftənin bazar günü, 12 May 2019-cu il, öz işinə başlayıb.
Bu yarışlar 11-13 yaşlı uşaqlar üçün keçirilir. Yarışlarda 30 oğlan uşağı və 20 qız uşağı olmaqla ümumilikdə 50 uşaq iştirak edir.
Yarışlarda iştirak edən oğlan uşaqları Kataranın Came məscidində və qız uşaqları "əz-Zəhəbi" məscidində hər gün saat 13:30-dan 3:00-dək rəqabətlərdə iştirak edirlər.
Qətərin 8-ci "Katara Mükafatı-2019" Qurani-Kərimin Hifzi Yarışları sabah, həftənin Cüməaxşamı günü, 16 May 2019-cu il, yekun mərasimi keçirməklə öz işini başa vuracaq.
Bu yarışlar Qurani-Kərimin müxtəlif surələrinin hifzi, Peyğəmbərin (s) hədislərinin əzbərlənməsi, namaz və dəstəmaz təlimi, Peyğəmbərlərin (s) dastanları, Peyğəmbərin (s) sirəsi və İslami əxlaq ixtisasları üzrə keçirilir.