İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın Məkkəd şəhərində yerləşən "Məscidul-Həram"ın (KƏBƏ) ilk fotosu İngiltərənin London şəhərində hərraca çıxarılıb.
Hollandiyalı şərqşünas alim "Christiaan Snouck Hurgronje"nin 1888-ci ildə - Ərəbistanın Cəddə şəhərində Hollandiya konsulluğunun işçisi olduğu zaman, çəkdiyi bu foto Londonun "Sotbiz" (Sotheby's) hərracında 250 min dollara satılıb.
Məlumatda deyilir ki, Hollandiyalı şərqşünas alim "Christiaan Snouck Hurgronje" İslam elmləri və Ərəb ədəbiyyatı ixtisası üzrə araşdırmaçı olub. Ərəbistanda yaşadığı 1 il 6 ay ərzində Məkkə barədə kitab yazıb.
Xatırladaq ki, Sotbiz hərrac mərkəzi 1744-cü ildə Londonda təsis edilib. Hazırda əsas qərargahı Nyu-Yorkda yerləşir. Dünyanın 40 ölkəsində aktiv ofisi var.