IQNA

19:47 - May 19, 2019
Xəbər sayı: 3485158
Pakistanın "ət-Tənzil" Quran müəssisəsi İran İslam Respublikasının Tehranın İmam Xomeyni (r.ə) müsəllasında keçirilən 27-ci beynəlxalq Quran sərgisində iştirak edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın "ət-Tənzil" Quran müəssisəsi İran İslam Respublikasının Tehranın İmam Xomeyni (r.ə) müsəllasında keçirilən 27-ci beynəlxalq Quran sərgisində iştirak edir.

Pakistanın "ət-Tənzil" Quran müəssisəsinin Quran sərgisindəki pavilyonunun məsulu Fərhət Abbas Heydəri deyib: Bu müəssisənin əsas hədəfi Pakistandakı bütün məzhəblərin davamçılarına Quranı və İlahi Vəhy maarifini öyrətməkdir.

O əlavə edib: "ət-Tənzil" Quran müəssisəsi 10 ildir ki, Quran elmləri və maarifi sahəsində fəaliyyət göstərir. Bu müəssisənin mərkəzi qərargahı Lahur şəhərində yerləşir. Amma Karaçi və İslamabad kimi digər mühüm şəhərlərdə də filialı vardır.

Onun dediklərinə görə, bu müəssisənin əsas fəaliyyətləri Qurani-Kərimin oxunuşunun öyrədilməsi, Quran hifzi, qiraət və təcvid qaydaları istiqamətindədir.

Bundan əlavə müəssisənin Lahur şəhərində Quran mədrəsəsi də fəaliyyət göstərir.

Müəssisənin dərs proqramları elə tənzimlənib ki, heç bir məzhəbin əqidəsi ilə ziddiyyət təşkil etmir. Buna görə də dərslərdə bütün məzhəblərin nümayəndələri iştirak edə bilirlər. İndiyədək müəssisənin dərs proqramlarında 20 min nəfərdən çox şagird iştirak edib.   

"ət-Tənzil" Quran müəssisəsinin nümayəndəsi əlavə edib: Müəssisə tərəfindən Quran sahəsində kitalar təlif və tərcümə edilmişdir. Tərcümə edilmiş kitablar arasında Həmid Səffar Hərəndinin məşhur üç cildlik "Quranın tərcümə və məfhumlarının təlimi" kitabı da var.  

http://iqna.ir/fa/news/3812904

Ad:
E-poçt:
* Comment: