IQNA

10:10 - May 21, 2019
Xəbər sayı: 3485166
imamət və vilayət səmasının ikinci parlaq ulduzu Həzrət İmam Həsən ibn Əli ibn Əbi Talibin (ə) mübarək və bərəkətli mövludu münasibəti ilə dünən gecə Almaniya və İsveçdə bayram tədbiri keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, imamət və vilayət səmasının ikinci parlaq ulduzu Həzrət İmam Həsən ibn Əli ibn Əbi Talibin (ə) mübarək və bərəkətli mövludu (15 Ramazan) münasibəti ilə dünən gecə (20 May 2019) Almaniyanın paytaxtı Berlin şəhərinin İmam Əli (ə) adına İslam Mərkəzində bayram tədbiri keçirilib.

Bayram tədbiri yerli vaxtla saat 19:00-da camaat namazının qılınması və iftar süfrəsi ilə başlayın. Mərasimin davamında Quran tilavə edilib, İftitah duası oxunub, şer və mövludnamələr deyilib və "Hamburg İslam Mərkəzi"nin müdiri Höccətul-İslam vəl-müslimin Məhəmməd Hadi Müfəttih çıxış edib.

Məlumatda deyilir ki, İmam Həsənin (ə) mübarək mövludu münasibəti ilə İsveçin paytaxtı Stokholumun İmam Əli (ə) İslam Mərkəzində də bayram mərasimi keçirilib. Axşam saatlarında İslam Mərkəzinin müsəllasında keçirilən mərasimdə camaat namazı və iftardan sonra İftitah duası oxunub, mövludnamə və mədhiyyələr deyilib və xətib çıxış edib.   

http://iqna.ir/fa/news/3813253

Teqlər: iqna ، berlin ، isveç ، stokholum ، almaniya ، imam həsən
Ad:
E-poçt:
* Comment: