IQNA

11:00 - May 21, 2019
Xəbər sayı: 3485167
IRCICA təsis edildiyi 40 il ərzində İslami ölkələrin mədəniyyət, incəsənət və sivlizasiyasının inkişafı və tanıtdırılması üçün çalışmış və Quran maarifini bütün Asiya ölkələrində təqdim etmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, IRCICA (İslam Tarixi, İncəsənət və Mədəniyyət Araşdırma Mərkəzi) hər üç ildə bir dəfə İslam dünyasının incəsənətçiləri arasında "hüsnxətt" yarışları təşkil edir.

Bu yarışlarda "sülsü cəli", "nəsx", "təliqi cəli", "nəstəliq", "süls", "divani" və "divani cəli", "kufi", "riqai" və "məğribi" xətləri ilə yaradılmış nəfis əsərlər dəyərləndirilir.

İslam Tarixi, İncəsənət və Mədəniyyət Araşdırma Mərkəzi (IRCICA) tərəfindən keçirilən "11-ci Beynəlxalq Hüsnxətt Yarışı"nda dünyanın 38 ölkəsindən 613 nəfər 833 əsərlə iştirak ediblər. Onların arasından 12 nəfər incəsənət ustadının 66 əsəri qalib elan edilib. Qalib əsərlər Aprel ayının 20-dən 30-dək IRCICA-nın İstambuldakı qərargahında sərgilənib.

May ayının 19-da İslami Təbliğat və Əlaqələr Təşkilatının "əz-Zəhra (s) Hüseyniyyəsi"ndə keçirilən "11-ci Beynəlxalq Hüsnxətt Yarışı"nın qaliblərinin mükafatlandırılması mərasimində İslami Təbliğat və Əlaqələr Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəman, İslam Tarixi, İncəsənət və Mədəniyyət Araşdırma Mərkəzinin rəisi Xalid Ərən, Türkiyənin Tehrandakı səfiri Dərya Urəs və İranın bir sıra mədəniyyət və incəsənət məsulları iştirak ediblər.

"11-ci Beynəlxalq Hüsnxətt Yarışı"nın qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Xalid Ərən məlumat verərək deyib: Dünyanın ən qədim və məşhur əlyazma Quran nüsxələri IRCICA (İslam Tarixi, İncəsənət və Mədəniyyət Araşdırma Mərkəzi) tərəfindən çap və nəşr edilib.

Xalid Ərən əlavə edib: IRCICA təsis edildiyi 40 il ərzində İslami ölkələrin mədəniyyət, incəsənət və sivlizasiyasının inkişafı və tanıtdırılması üçün çalışmış və Quran maarifini bütün Asiya ölkələrində təqdim etmişdir.

http://iqna.ir/fa/news/3813114

Ad:
E-poçt:
* Comment: