IQNA

Cəbhətun-Nüsrənin 150 terrorçu ünsürü məhv edildi

12:56 - May 23, 2019
Xəbər sayı: 3485178
Suriyanın İdlib şəhərində "Cəbhətun-Nüsrə" terrorçu ünsürlərinin üç hücumunun qarşısı alınıb və terrorçuların 150 nəfəri Suriya silahlı qüvvələri tərəfindən məhv edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-mənar" informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən, həftənin üçüncü günü, 22 May 2019-cu il, Rusiyanın Müdafiə Nazirliyinin mətbuat şöbəsinin yaydığı məlumatda bildirilir ki, Suriyanın İdlib şəhərində "Cəbhətun-Nüsrə" terrorçu ünsürlərinin üç hücumunun qarşısı alınıb və terrorçuların 150 nəfəri Suriya silahlı qüvvələri tərəfindən məhv edilib.

Habelə Suriya silahlı qüvvələri bu hücumlarda ən-Nüsrə terrorçularının 3 tankını və 24 hərbi texnikasını məhv edib.

Hücum zamanı Cəbhətun-Nüsrə terror qruplaşması İdlib istiqamətindən Hüməyim hərbi hava qərargahı istiqamətində 17 raket atəşi açıb. Raketlərin heç biri hədəfə çatmayıb.  http://iqna.ir/fa/news/3813988

Teqlər: suriya ، idlib ، raket ، ən-nüsrə ، terror
captcha