İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, mübarək Ramazan ayı münasibəti ilə Bosniya və Hersoqoviniyanın "İlyaş" şəhərində iftar ziyafəti keçirilib.
Ümumi ziyafətdə müsəlmanlarla birlikdə qeyri-müsəlmanlar da iştirak edib.
Bosniyanın müxtəlif şəhərlərində keçirilən kütləvi iftar ziyafətləri camaat tərəfindən izdihamla qarşılanır.
İlyaş şəhəri Bosniyanın paytaxtı Sarayevo şəhərinin şimaldan 15 km-liyində yerləşir.
Ramazan ziyafəti bu ölkənin ilk prezidenti olmuş "Əli İzzətbəyov" meydanında keçirilib.
Ziyafətdə dini nəğmələr oxunub və alimlər çıxış ediblər.
http://iqna.ir/fa/news/3814166