IQNA

Ruhani Azərbaycan prezidentini Respublika Günü münasibəti ilə təbrik edib

12:09 - May 28, 2019
Xəbər sayı: 3485206
İran İslam Respublikası prezidenti Azərbaycan Respublikasının müstəqillik gününü təbrik edib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, İran İslam Respublikası prezidentinin informasiya portalının verdiyi məl umata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani Azərbaycan Respublikası prezidenti İlham Əliyevə müraciətində bildirib: İki qonşu ölkə qədim tarixi, mədəni və dini ortaqlıqlara sövkənərək dinc qonşuluq münasibətləri ilə yanaşı əla əlaqələr nümayiş etdiriblər. 

İran İslam Respublikası prezidenti bildirib: Tehran və Bakı müxtəlif sahələrdə əməkdaşlıqları genişləndirmək və dərinləşdirmək yolu ilə iki xalqın gün-gündən artan rifahı və müvəffəqiyyətlərini təmin etməkdə eləcə də regionda sülh və sabitliyin möhkəmlənməsinə öz töhfələrini verməkdə qərarlıdırlar. 

captcha