IQNA

15:31 - May 29, 2019
Xəbər sayı: 3485216
İslamofob rahib barəsində cəmiyyətdə nifrət yaratmaq və digər dindaşları təhqir etmək maddəsi ilə cinayət işi açılıb. Buna əsasən rahibi üç ilədək həbs cəzası gözləyir.      

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "reuters"ə istinadla verdiyi xəbərə görə, Myanma məhkəməsi müsəlmanlar əleyhinə nifrət yaratmağa çalışan və islamofobluqda məşhur olan rahib barədə həbs qərarı çıxarıb.

Myanma polisi bu gün (həftənin üçüncü günü, 29 May 2019) elan edib ki, Yangon şəhəri məhkəməsinin qərarına görə rahib Virasu (Wirathu) həbs ediləcək.

Virasu ruhingiyalı müsəlmanlara qarşı nifrətamiz və təhrikedici çıxışları ilə məşhur rahibdir. O, Anq San Suçinin (Aung San Suu Kyi) dövlətini tənqid edir, dövlətin fasid olduğunu deyir və silahlı qoşunların müsəlman azlıqlara qarşı cinayətlərini dəstəkləyir.

Keçən il Myanmanın Ali Dini Şurası bu rahibə ümumi məkanlarda kütlə qarşısında çıxış etməyə qadağan etmişdi. O, çıxışlarında həmişə müsəlman azlıqları hədəfə alırdı.

İslamofob rahib barəsində cəmiyyətdə nifrət yaratmaq və digər dindaşları təhqir etmək maddəsi ilə cinayət işi açılıb. Buna əsasən rahibi üç ilədək həbs cəzası gözləyir.      

http://iqna.ir/fa/news/3815474

 

Teqlər: iqna ، rahib ، myanma ، ruhingiya ، raxin
Ad:
E-poçt:
* Comment: