IQNA

14:09 - June 07, 2019
Xəbər sayı: 3485286
Sudanın paytaxtı Xartumda keçirilən etiraz aksiyasına güc tətbiqi nəticəsində 108 nəfər iştirakçı ölüb, 500-dən çox dinc aksiyaçı yaralanıb.
Sudanın paytaxtı Xartumda keçirilən etiraz aksiyasına güc tətbiqi nəticəsində 108 nəfər iştirakçı ölüb, 500-dən çox dinc aksiyaçı yaralanıb. 
 
Maide.Az “Tasnim” xəbər agentliyinə istinadla xəbər verir ki,  bu barədə müxalifətdə olan Sudan Həkimlər Komitəsi “Facebook” səhifəsində yazıb.  
 
Sudanın Səhiyyə Nazirliyi isə 46 aksiyaçının öldürüldüyü barədə məlumat yayıb.   
 
Bildirilib ki, 40 aksiya iştirakçısının meyiti Nil çayından çıxarılıb.  
 
Xatırladaq ki, Sudanda etiraz aksiyaları fasiləsiz olaraq iyunun 4-dən keçirilir.   Etirazlar Ali Hərbi Şura ilə  müxalif koalisiya arasındakı şurada hərbiçi və mülki üzvlərin sayı ilə bağlı müzakirələrin nəticəsiz yekunlaşmasından sonra artıb.  
 
2019-cu il aprelin 11-də Sudanda hakimiyyət çevirilişi olub. Ölkə Prezident Ömər əl-Bəşir istefa verib və Ali Hərbi Şura tərəfindən tutulub. Şura iki illik keçid dövrü və 3 aylıq Fövqəladə Vəziyyət rejimi elan edib. General Əbdülfəttah əl-Burxan Ali hərbi şuranın başçısı kimi and içib.  
 
Ekspertlər Sudanda baş verən  qanlı hadisələrdə  Səudiyyə Ərəbistan, BƏƏ və Misirin  rolunun olduğunu bildirir.   
 
Teqlər: iqna ، sudan ، xartum
Ad:
E-poçt:
* Comment: