IQNA

Müsəlmanlar Budda məbədinin təsisi ildönümündə iştirak edib

23:07 - June 08, 2019
Xəbər sayı: 3485295
Filippinin paytaxtında yaşayan sünni və şiə müsəlmanlar Manildə Budda məbədinin təsisinin 30-cu ildönümü mərasimində iştirak ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Filippinin paytaxtında yaşayan sünni və şiə müsəlmanlar Manildə Budda məbədinin təsisinin 30-cu ildönümü mərasimində iştirak ediblər.

CCP Mədəniyyət Mərkəzində keçirilən bu mərasimdə İran İslam Respublikasının İİR Mədəniyyət Əlaqələri İdarəsinin ezam etdiyi heyət və katolik kilsəsinin üzvləri də iştirak edib.

Filippin buddistlərinin və zahid xanımlar məbədinin rəhbəri xanım Yung Guang mərasimdə çıxış edərək buddistlərin fəaliyyətləri barədə məlumat verib.

Yaxın gələcəkdə Manila, Cebu və Tagaytay şəhərlərində budda məbədələrinin istifadə veriləcəyi barədə xəbər verən xanım Yung Guang mərasimdə iştirak edən müsəlman və xristianlara da xüsusi təşəkkürünü bildirib.

Manilin Budda məbədinin "Mədəniyyət Kolleci"ndə musiqi, teatr, buddizm incəsənəti və Budda ilahiyyatı fənləri tədris edirilir. Burada təhsil alan tələbələrə hər ay 180 dollar təhsil xərcləri üçün pul ödənilir.   

http://iqna.ir/fa/news/3817669

Teqlər: iqna ، manil ، filippin ، budda ، məbəd
captcha