IQNA

23:04 - June 10, 2019
Xəbər sayı: 3485306
Hindistanın Heydərabad əyalətinin SalarCəng muzeyində İran və Hindistanın təfsirçilərinin iştirakı ilə Quran elmləri seminar və Qurani-Kərimin əlyazma nüsxələri sərgisi keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Heydərabad əyalətinin SalarCəng muzeyində İran və Hindistanın təfsirçilərinin iştirakı ilə Quran elmləri seminar və Qurani-Kərimin əlyazma nüsxələri sərgisi keçiriləcək.

İyun ayının sonlarında keçiriləcək seminarda Hindistan və İran İslam Respublikasının təfsir alimləri Quran elmləri və təfsir ixtisası sahəsində fikir mübadiləsi edəcəklər.

Bu seminar İran İslam Respublikasının Heydərabaddakı konsulluğu, İİR Mədəniyyət Əlaqələri İdarəsi, İslami Təbliğat və Əlaqələr Təşkilatı, əl-Mustafa Beynəlxalq İslam Elmləri Akademiyası, İmam Rza (ə) hərəminin İslami araşdırmalar fondu, Yeni Dehlinin Milli Əlyazma Nüsxələr Mərkəzi, Siyasət qəzeti, Babul-Elm kitabxanası, Hindistanın İslami Cəmaət Təşkilatı və Yeni Dehlinin "Vilayət" fondunun həmkarlığı ilə keçirilir.

http://iqna.ir/fa/news/3818168/

22 ژوئن؛ برگزاری سمینار مفسران قرآن هند و ایران

Ad:
E-poçt:
* Comment: