IQNA

23:27 - June 10, 2019
Xəbər sayı: 3485307
Avstraliyanın İslami Təbliğat Təşkilatının (AİM) qərarı ilə Sidney şəhərinin qəsəbələrindən birində 1996-cı ildə inşasına başlanmış Pançbul məscidi (Punchbowl Mosque) 17 ilə tikilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstraliyanın İslami Təbliğat Təşkilatının (AİM) qərarı ilə Sidney şəhərinin qəsəbələrindən birində 1996-cı ildə inşasına başlanmış Pançbul məscidi (Punchbowl Mosque) 17 ilə tikilib.

Məscidinin tikilməsinin bu qədər zaman uzanmasının səbəbi isə bəzi yerli məmur və təşkilatların məscidin tikintisinə əngəl və müxalif olması olub.

Məscidin tavanı qədim məscidlərin memarlıq üslubundan ilham alınaraq "müqərnəs kaşi" ilə bəzədilib. Məscidin daxili tavanının mərkəzində böyük və kiçik günbəzlər yerləşdirilib. Mərkəzi günbəzin üzərinə İslami hüsnxətt ilə "əsmaul-hüsna" (Allah adları) yazılıb.

Məscidin memarı Avstraliyada yaşayan Yunan əsilli Anjilio Kandalpas olub. Məscidin sahəsi 550 kv.metr, namazqılan tutumu isə 300 nəfərdir.

http://iqna.ir/fa/news/3818140/

مسجد پانچبول استرالیا، مسجدی با معماری منحصر به فرد
 
«پانچبول»؛ مسجدی با معماری منحصر به فرد در استرالیا
 
«پانچبول»؛ مسجدی با معماری منحصر به فرد در استرالیا

 

Teqlər: məscid ، günbəz ، minarə ، iqna
Ad:
E-poçt:
* Comment: