IQNA

16:07 - June 11, 2019
Xəbər sayı: 3485311
Paul Pogba "thetimes" qəzeti ilə müsahibəsində deyib: "Allahın bizdən istədiyi hər şey Qurani-Kərimdə var. Quranda bizim hər şeyimiz var. Bu kitab bizi hidayət edir və bizə yol göstərir".

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Manchester United" futbol klubunun məşhur müsəlman ulduzu Paul Pogba "thetimes" qəzeti ilə müsahibəsində deyib: "Allahın bizdən istədiyi hər şey Qurani-Kərimdə var. Quranda bizim hər şeyimiz var. Bu kitab bizi hidayət edir və bizə yol göstərir".

"Taymz" qəzetin İslam barədə danışan futbolçu əlavə edib: İslam sizin mediada barəsində yazdığınız və eşitdiyiniz deyil! İslam medianın terrorçuluq damğası vurduğu din deyil. Bu dinin mahiyyət və həqiqəti çox gözəldir. Mən inanıram ki, İslam dini ilə yaxından tanış olan hər kəs bu dini sevəcək.

Paul Pogba vurğulayıb: Mən bir dəfə namaz qılmağım məndə çox maraqlı hislər yaratdı. Namaz qıldığım gündən müsəlmanlığı qəbul etdim. İslam mənim düşüncə üfüqlərimi açdı və bais oldu ki, gözəl insan olum. İslam həyatımda mənim üçün hər şey deməkdir. Allahın mənə bağışladığı hər bir nemətdən ləzzət duyuram. İslam mənə sülh və mənəvi səfa və səmimiyyət hissi verir.

http://iqna.ir/fa/news/3818568

Ad:
E-poçt:
* Comment: