IQNA

16:27 - June 11, 2019
Xəbər sayı: 3485312
Özbəkistanın baş müftisi Osman Xam Əlimov deyib: Əldə etdiyimiz son məlumatlara əsasən, İraq və Suriyada İŞİD terror təşkilatının sıralarında döyüşən 3 min nəfər Özbəkistan vətəndaşı var.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Özbəkistanın baş müftisi və Özbəkistan Müsəlmanlar İdarəsinin Ali Şurasının rəisi Osman Xam Əlimov dünən, 11 İyun 2019-cu il, televiziyadan yayımlanan çıxışında deyib: Əldə etdiyimiz son məlumatlara əsasən, İraq və Suriyada İŞİD terror təşkilatının sıralarında döyüşən 3 min nəfər Özbəkistan vətəndaşı var.

O əlavə edib: Dövlət gərək İŞİD-ə qoşulan özbəkləri geri qaytarsın. Bu yöndə görülən işlərin nəticəsində terrorçuların və ailələrinin saxlanıldığı Suriyanın "əl-Hövl" düşərgəsindən 156 nəfər İŞİD-çi ölkəyə qaytarılıb. Bu adamlar on gün öncə xüsusi təyyarə ilə Özbəkistana gətirildi və digər terrorçuların da qaytarılması istiqamətində işlər davam edir.  

Qeyd edək ki, ABŞ və rəhbərlik etdiyi koalisiyanın İŞİD, əl-Qaidə və ən-Nüsrə kimi terrorçulara verdiyi dəstək ilə 2011-ci ildə Suriyada başladılan vətəndaş müharibəsində Mərkəzi Asiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandan minlərlə vəhabi-sələfi əqidəli terrorçular Türkiyə sərhədləri vasitəsi ilə terrorist qruplaşmalara qoşuldular.  

http://iqna.ir/fa/news/3818443

Ad:
E-poçt:
* Comment: