IQNA

Fransa polisi "qara quşu" həbs edib

1:50 - June 12, 2019
Xəbər sayı: 3485318
Saxlanılan terrorçu, sağçı və radikal qrupun üzvləri bir neçə terror əməliyyatı həyatı keçirməyi planlaşdırsalar da təhlükəsizlik qüvvələri terrorçuları öncələyiblər.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransa təhlükəsizlik qüvvələri yəhudilər və müsəlmanlar əleyhinə keçiriləcək bir çox terror planlarının qarşısını alıb.

Saxlanılan terrorçu, sağçı və radikal qrupun üzvləri bir neçə terror əməliyyatı həyatı keçirməyi planlaşdırsalar da təhlükəsizlik qüvvələri terrorçuları öncələyiblər.  

Bu barədə dünən, həftənin ikinci günü, 11 İyun 2019-cu il, məlumat verən Fransa polisi həmin radikalların 2018-ci ilin Sentyabr ayından 2019-cu ilin May ayınadək həbs edildiklərini vurğulayıb.

Fransa polisi bildirib ki, həbs edilən radikallar "qara quş" adlı qrupun üzvləridir. Onlar yəhudi və müsəlmanların ibadət ocaqlarında terror həyata keçirməyi planlaşdırırmışlar.   

http://iqna.ir/fa/news/3818686/

Teqlər: iqna ، fransa ، qara quş ، radikallar
captcha