IQNA

2:02 - June 12, 2019
Xəbər sayı: 3485319
Əfqanıstan prezidenti Taliban terror təşkilatının hökumət həbsxanalarında olan 900 üzvünün azad edilməsi barədə fərman verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstan prezidenti Taliban terror təşkilatının hökumət həbsxanalarında olan 900 üzvünün azad edilməsi barədə fərman verib.

Prezidentin bu fərmanının ardınca Əfqanıstanın paytaxtı Kabul şəhərinin Polçərxi həbsxanasında olan 300 nəfər Taliban üzvü azad edilib.  

Talibanla həmkarlıq etdikləri üçün həbs edilmiş bu ünsürlər prezident Əşrəf Ğəninin fərmanı əsasında Talibanı sülhə təşviq etmək hədəfi ilə azadlığa buraxılıblar.

Taliban üzvlərindən 170 nəfəri İyun ayının 10-da və digər 130 nəfəri isə İyun ayının 11-də həbsdən azad olunub.

Talibanın Hərat həbsxanasında olan digər 10 üzvü də İyun ayının 10-da azadlığa buraxılıblar.  

Əfqanıstanın milli təhlükəsizlik müşaviri Həmdullah Mühib prezidentin fərmanı əsasında 900 nəfərin azadlığa buraxılacağını xəbər verərək deyib: 80 faiz inanırıq ki, azadlığa buraxılan Taliban üzvləri bir daha döyüş və terror meydanlarına qayıtmayacaqlar.  

http://iqna.ir/fa/news/3818605

Teqlər: iqna ، əfqanıstan ، kabul
Ad:
E-poçt:
* Comment: