IQNA

12:37 - June 17, 2019
Xəbər sayı: 3485332
Sionist İsrail rejimi işğal etdiyi Colan təpələrində yaşayış məntəqəsinin tikiləcəyini təsdiq edib və ona Amerika lideri Donald Trampın şərəfinə "Ramat-Tramp" ("Tramp yüksəkliyi") adını verib.

Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Maide.Az-a istinadla xəbər verir ki, "Haaretz" nəşrinin yazdığına görə, işğalçı rejim bu addımı Amerika liderinin Colan təpələrini İsrailin ərazisi kimi tanımasına təşəkkür əlaməti olaraq atıb.

"Biz uzun illərdən sonra yeni yaşayış məntəqəsi inşa etməyə və onu prezident Donald Trampın şərəfinə adlandırmağa hazırlaşırıq", - deyə sionist rejimin naziri Binyamin Netanyahu bildirib.

ABŞ prezidenti Donald Tramp öz növbəsində İsrailə və ölkənin baş naziri Binyamin Netanyahuya minnətdarlığını bildirib.

Qeyd edək ki, 2017-ci ildə işğalçı İsrail rejimin baş naziri Binyamin Netanyahu  ABŞ prezidenti Donald Trampdan istəmişdi ki, Suriya ərazisində yerləşən Colan təpələrini  işğalçı İsrailin bir parçası kimi rəsmiyyətə tanısın. 

Sionist İsrail rejimi  1981-ci ildə Suriya ərazisində yerləşən Colan təpələrini işğal etdi və Fələstinin işğal olunmuş ərazilərinə birləşdirdi.  Lakin beynəlxalq ictimaiyyət o  cümlədən  Amerika bu addımı rəsmiyyətə tanımırdı. Lakin ötən il ABŞ prezidenti D.Tramp  B.Netanyahununun itəyini qəbul edərək  Colan təpələrini İsrailin ərazisi kimi rəsmiyyətə tanıdı. 

Sionist İsrail rejimi  işğal etdiyi  Colan təpələrində qəsəbələr salıb və bu bölgədən Suriya hökumətinə qarşı hərbi əməliyyatlar və Suriyadakı terrorçulara dəstək üçün istifadə edir. 

BMT Təhlükəsizlik Şurası Suriya ərazisində yerləşən  Colan təpələrinə dair işğalçı İsrail rejiminin malikiyyət iddiasını  qəbul etməyib. BMT TŞ-nin  üzvləri  bildiriblər ki, İsrailin  Colan təpələrini zorla ələ keçirməsi səhv addımdır və beynəlxalq qanunlara ziddir. Bu təpələr Suriyaya məxsus ərazilərdir. 

Teqlər: İsrail ، Colan ، Trump ، Donald Trump ، iqna ، Quran
Ad:
E-poçt:
* Comment: