IQNA

11:16 - June 18, 2019
Xəbər sayı: 3485339
Məscidə hücum edən naməlum şəxslər Qurani-Kərim nüsxələrini və məscidin əşyalarını və müxtəlif yerlərini yandırıblar. İndiyədək bu cinayəti törədənlərin kimliyi məlum edilməyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mərakeşin cənubunda yerləşən ər-Rəşidiyyə şəhər məscidinə hücum edən anonim şəxslər Qurani-Kərimi yandırıblar.

Məsciddə namazqılan tələbələr gözlənilmədən hücuma məruz qaldıqlarını deyiblər.

Tələbələr ibadət ocağına daxil olarkən məscidin şüşələrinin sındırıldığını, məscid təchizatının ətrafa dağıldığını görüblər.

Məscidə hücum edən naməlum şəxslər Qurani-Kərim nüsxələrini və məscidin əşyalarını və müxtəlif yerlərini yandırıblar. İndiyədək bu cinayəti törədənlərin kimliyi məlum edilməyib.

Qeyd edək ki, bundan öncə də Mərakeşin Qüds, Səfa, Fəlah və Qəzbətul-Əmn məscidlərinə də islamofob radikallar tərəfindən hücumlar edilib.  

http://iqna.ir/fa/news/3819989

Ad:
E-poçt:
* Comment: