IQNA

İmam Rzanın (ə) hərəmində ‘Günəşin kölgəsində’ ilə bağlı mərasim keçirildi - FOTO

11:09 - June 27, 2019
Xəbər sayı: 3485393
“Günəşin kölgəsində” Qüds Rəzəvi əyalətinin mədəniyyət karvanı İmam Rzanın (ə) mütəhhər hərəminin bayrağını təbərrükləmək üçün Həzrət İmam Rzanın (ə) mübarək qəbrinin üzərinə gətiriblər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, “Günəşin kölgəsində” Qüds Rəzəvi ostanının mədəniyyət karvanı İmam Rzanın (ə) mütəhhər hərəminin bayrağını təbərrükləmək üçün İmam Rzanın (ə) mübarək qəbrinin üzərinə gətiriblər.
İmam Rzanın (ə) mütəhhər hərəminin bayraqlarının qarşılanması bu gün səhər nurani mərasimlə baş tutub. Böyük izdihamla qarşılanan bayraqlar İmam Rzanın (ə) mübarək qəbrinin olduğu qızılı zərihə sürtülüb.
Xatırladaq ki, Günəşin kölgəsində karvanı Asiya, Avropa, Afrika və Amerika olmaqla 4 qitədə onlarla ölkənin yüzlərlə şəhərinə göndərilir. Bayraqlar “Kəramət ongünlüyü” münasibətilə xəstəxanalar, dini mərkəzlərə və digər mənəvi ehtiyaclı yerlərə göndərilir.
 
 
 
 
 
 
 
 
captcha