IQNA

Berlin İslam muzeyində qədim dünyanın təsviri sərgisi

11:27 - June 27, 2019
Xəbər sayı: 3485394
Bu sərgi İranlı və müsəlman coğrafiyaçı, tarixçi və filosof Zəkəriyya Qəzvininin "Əcaibul-Məxluqat və Ğəraibul-Mövcudat" əsərinin əlyazma nüsxələri əsasında keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın paytaxtı Berlin şəhərinin İslami İncəsənət Muzeyində "dünyanın 750 il əvvəlki görünüşü" adlı sərgi keçirilir.

Bu sərgi İranlı və müsəlman coğrafiyaçı, tarixçi və filosof Zəkəriyya Qəzvininin "Əcaibul-Məxluqat və Ğəraibul-Mövcudat" əsərinin əlyazma nüsxələri əsasında keçirilir.

Bu əlyazma nüsxələr sərgisində Zəkəriyya Qəzvininin 1260-cı ildən 1280-cı ilədək dünya barədə çəkdiyi rəngli şəkillər nümayiş edilir. Bu şəkillərdə bütün kainat barədə, o cümlədən yer üzü, aylar, fəsillər, il, ulduzlar, yer, dağlar, dənizlər, göllər, çaylar və müxtəlif canlılar təsvir edilib.

Bu əsər Qəzvinin öz dövründə ən çox satılan kitab olub. Ərəbcə yazılmış kitab sonradan Fars və Türk dillərinə də tərcümə edilib. Bu əsərin tərcüməsi hətta 19-cu əsrədək davam edib.  

http://iqna.ir/fa/news/3822810

captcha