İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Braziliyanın "İslami Müəssisəslər Birlyi" İslam dininin mədəniyyət və məvəniyyatını açıqlayan "İslam öz dili ilə" kitabını Portuqaliya dilinə tərcümə, çap və nəşr edib.
Misrin İslami Fondlar Nazirliyinin məlumatına əsasən, bu kitab öncə Ərəb dilində yazılıb, çap və nəşr edilib.
Kitabın Portuqaliya dilinə tərcüməsi bir neçə dilçi mütəxəssisin həmkarlığı və nəzarəti ilə həyata keçirilib.
İslamın mədəniyyət, mənəviyyat, ədalət, orta yol təfəkkürünü və ziyalı görüşünü açıqlayan "İslam öz dili ilə" kitabı Portuqaliya dilində danışan ölkələrdə paylanacaq.