IQNA

İmam Hüseynin (ə) hərəminin yeni günbəzinin açılışı Qədir Xum bayramında olacaq

13:03 - June 28, 2019
Xəbər sayı: 3485396
İmam Hüseynin (ə) hərəminin yeni günbəzinin quraşdırma işləri iki mərhələdə aparılır. Bunu hərəminin  günbəzinin inkişaf etdirilməsi layihəsinə nəzarət komitəsinin üzvi  Mehdi Qəzvini deyib.
IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseynin (ə) hərəminin yeni günbəzinin quraşdırma işləri iki mərhələdə aparılır. Bunu İmam Hüseyninin (ə) hərəminin  günbəzinin inkişaf etdirilməsi layihəsinə nəzarət komitəsinin üzvi  Mehdi Qəzvini deyib. 
Onun sözlərinə görə,  birinci mərhələdə  günbəzin  içəridən işləri həyata keçirilir.  “Betonlama, dəmir konstruktor və güzgülərin quraşdırılması  daxildə aparılır.  Hazırda içəridə dəmir işi 100 faiz başa çatıb və digər işlər də  Qədir Xum bayramına kimi tamamlanacaq və günbəzin içəri hissəsinin açılışı olacaq”.
M.Qəzvini deyib ki, ikinci mərhələdə  günbəzin üstündə işlər aparılacaq.  “Pakistanlı  və Hindistanlı mühəndislərin  iştirakı ilə günbəzin üzərinin qızıl işləri  görüləcək. Gələn ay  günbəz quraşdırılacaq və üzərində işlər aparılacaq.  
Qeyd edək ki,  İmam Hüseynin (ə) hərəminin günbəzinin hündürlüyü 7 metr yüksəldilb və daxildən genişləndirilib.  “Yeni günbəzin 7.5 metr hündürlüyü və 300 ton çəkisi var. Yeni günbəzin quraşdırılması ilə  İmamın (ə) qəbri ilə günbəzin sütunlarındakı məsafə  1 metr yarımdan  4 metrə qədər artırılacaq və bu da zəvvarların rahat şəkildə mübarək qəbri ziyarət etməsinə  imkan yaradacaq." /maide.az/
Teqlər: iqna ، imam hüseyn ، hərəm ، günbəz ، kərbəla
captcha