IQNA

Avropa İslam Mərkəzlərində İmam Sadiqə (ə) əzadarlıq məclisləri keçirilib

19:27 - June 28, 2019
Xəbər sayı: 3485402
İimamə və vilayət səmasının altıncı parlaq ulduzu Həzrət İmam Cəfər Sadiqin (ə) şəhadəti münasibəti ilə Avropa şəhərlərinin müxtəlif İslam Mərkəzlərində əzadarlıq məclisləri keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, imamə və vilayət səmasının altıncı parlaq ulduzu Həzrət İmam Cəfər Sadiqin (ə) şəhadəti münasibəti ilə Avropa İslam Mərkəzlərində əzadarlıq məclisləri keçirilib.

Sabah, həftənin Şənbə günü, 29 İyun 2019-cu il  (= 25 Şəvval) İmam Sadiqin (ə) şəhadətinin ildönümüdür.

Bu münasibətlə həftənin Cüməaxşamı günü (27 İyun 2019) Rusiyanın paytaxtı Moskvanın "Xatəmul-Ənbiya (s)" məscidində, İsveçin paytaxtı Stokholm, Almaniyanın paytaxtı Berlin və Hamburq şəhərlərinin İslam Mərkəzlərində əzadarlıq mərasimləri təşkil edilib.

Əhli-Beyt (ə) aşiqlərinin iştirakı ilə keçirilən əzadarlıq mərasimlərində xətib çıxış edib, Quran və Kumeyl duaları oxunub və növhə və mərsiyələr deyilib.

http://iqna.ir/fa/news/3822839

captcha