IQNA

Müsəlman Alimləri Dünya Birliyi Tunisdəki terroru məhkum etdi

6:00 - June 30, 2019
Xəbər sayı: 3485413
"Müsəlman Alimləri Dünya Birliyi Təşkilatı" həftənin Şənbə günü, 29 İyun 2019-cu il, bəyaniyyə yayaraq Tunisdə İŞİD radikal terror qruplaşması tərəfindən törədilən intiharçı terror hücumunu məhkum etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, baş qərargahı Qətərdə yerləşən "Müsəlman Alimləri Dünya Birliyi Təşkilatı" dünən, həftənin Şənbə günü, 29 İyun 2019-cu il, bəyaniyyə yayaraq Tunisdə İŞİD radikal terror qruplaşması tərəfindən törədilən intiharçı terror hücumunu məhkum etdi.

Bəyaniyyədə deyilir: Günahsız və sivil insanlara hücum etmək cinayətkar bir addımdır və bu, bütün dinlərdə cinayət hesab edilir.

"Müsəlman Alimləri Dünya Birliyi Təşkilatı"nın bəyaniyyəsində vurğulanır: Həm bütün dinlər və həm də beynəlxalq hüquqlar günasız və sivil insanların qanını tökməyi haram və qadağan hesab edir.

Bəyaniyyənin davamında deyilir: Dəlil və səbəbindən asılı olmayaraq hər növ zorakılıq və terrorizm rədd edirik.   

Xatırladırıq ki, həftənin Cüməaxşamı günü, 27 İyun 2019-cu il, Tunisdə Fransanın səfirliyi və polis qərargahı yaxınlığında iki intiharçı terror hücumu baş verdi. Terror zamanı bir təhlükəsizlik işçisi öldü və digər səkkiz sivil vətəndaş və təhlükəsizlik işçisi yaralandı. Bu terrorun məsuliyyətini İŞİD öz üzərinə götürdü.  

http://iqna.ir/fa/news/3823050

captcha