IQNA

II Beynəlxalq Radikalizm və Ekstremizm fenomeni konfransı keçirilir

20:01 - June 30, 2019
Xəbər sayı: 3485421
Bu konfrans "müxtəlifliyimiz güc və qüdrət mənbəyimizdir" devizi ilə keçirilən bu konfrans İranın İslami Məzhəblərin Yaxınlaşması Ümumdünya Təşkilatının (TƏQRİB) təşəbbüsü ilə təşkil edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Mosul şəhərində "II Beynəlxalq Radikalizm və Ekstremizm fenomeni konfransı" keçirilir.

Konfrnasda dinlər arası müştərək dəyərlər, dini tolerantlıq, dini qanunların radikalizmi kontrol etməkdə təsiri, İlahi dinlərin mədəni imkanları və onun təhlükəsiz və sabit cəmiyyətin yaranmasında rolu və təhsil ocaqlarının tolerant yaşam tərzinin yayılmasında təsiri kimi məsələlərə aydınlıq gətiriləcək.

Bu konfrans "müxtəlifliyimiz güc və qüdrət mənbəyimizdir" devizi ilə keçirilən bu konfrans İran İslam Respublikasının İslami Məzhəblərin Yaxınlaşması Ümumdünya Təşkilatının (TƏQRİB) təşəbbüsü ilə təşkil edilib.

Konfransın keçirilməsində Mosul universiteti, İraqın Humanitar Elmlər Univeristetinin Texnologiya institutu, İraqın Təhsil Nazirliyi, İran İslam Respublikasının İraqdakı səfirliyinin mədəniyyət şöbəsi, İraqın Mədəniyyət və Turizm nazirliyi, İraq Əhli-Sünnə İslami Fondu, İraq Alimlər Cəmiyyəti Birliyi və İraq Məhəmmədi Alimlərin Vəhdəti Təşkilatı həmkarlıq edirlər.  

Konfransın keçirilməsi komitəsinin sözçüsü elan edib ki, konfrans İyul ayının 9 və 10-da davam edəcəkdir. Konfransa İran, Misr, Livan və İraq alimləri tərəfindən yazılmış 120 məqalə göndərilib.   

http://iqna.ir/fa/news/3823107

Teqlər: radikalizm ، mosul ، ekstrimizm ، iqna
captcha