IQNA

12:38 - July 03, 2019
Xəbər sayı: 3485445
Müqdəta əs-Sədr "Seraya əs-Səlam"ın mümkün  olduğu qədər müqəddəs bölgələrdən, ziyarətgahlardan uzaqlaşdırılmamasını xahiş edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın baş naziri Əbdül Mehdinin  "Həşdi-Şabi"yə bağlı idarələrin bağlanılması qərarından sonra "Sədr hərəkatı"nın lideri Müqtəda əs-Sədr də "Seraya əs-Səlam"ın ləğv edilməsi barədə təlimat verib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Muqtəda əs-Sədr sosial media hesabından bəyan edib. Açıqlamada o, "Seraya əs-Səlam"ın buraxıldığını və idarələrinin də bağlandığını elan edib.

"Baş nazir tərəfindən "Həşdi-Şabi" ilə bağlı alınan  qərarlar önəmlidir və bu hardan əsməsindən asılı olmayaraq  heç bir küləyin sarsmayacağı güclü dövlətin  inşası üçün  ilk addımdır", - deyən Sədr könüllü güclərin  hökumətin hərbi təlimatlarına uymasının vacibliyini vurğulayıb.

Bununla belə Müqdəta əs-Sədr "Seraya əs-Səlam"ın mümkün  olduğu qədər müqəddəs bölgələrdən, ziyarətgahlardan uzaqlaşdırılmamasını xahiş edib.

Qeyd edək ki, Sədr hərəkatının tərkibində fəaliyyət göstərən sözügedən qüvvələr  İraqın Salahəddin vilayətinə bağlı  Samirra bölgəsində müqəddəs ziyarətgahların mühafizəsini yerinə yetirir.

Xatırladaq ki, İraqın baş naziri Adil Əbdül Mehdi yayımladığı hərbi qərarnamə ilə "Həşd Şabi" qüvvələrinin adını daşıyan bütün idarələrin bağlanılması təlimatını vermişdi.

Ad:
E-poçt:
* Comment: