IQNA

Həzrət Fatimə (s) aşqiləri "Mahe-Məstur"da toplaşacaqlar

22:59 - July 06, 2019
Xəbər sayı: 3485456
Oktyabr ayında Əhli-Beyti (ə), xüsusi ilə də Həzrət Fatimənin (ə) mənəvi, dini, siyasi və ictimai məqamı və şəxsiyyətini tanıtmaq hədəfi ilə beynəlxalq "Mahe-Məstur" (Gizli ay) toplantısı keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Oktyabr ayında Əhli-Beyti (ə), xüsusi ilə də Həzrət Fatimənin (ə) mənəvi, dini, siyasi və ictimai məqamı və şəxsiyyətini tanıtmaq hədəfi ilə beynəlxalq "Mahe-Məstur" (Gizli ay) toplantısı keçiriləcək.

İran İslam Respublikasının Ümumdünya Əhlül-Beyt (ə) Cəmiyyətinin təşəbbüsü ilə keçirilən "Mahe-Məstur" toplantısının hədəflərindən biri də dünya xalqlarının Əhli-Beyt (ə) barədə məlumat zəifliyinin müəyyənləşdirilməsi və bunun aradan götürülməsi üçün çarə yolları axtarılmasıdır.

Toplantıda xanım Fatimeyi-Zəhranın (s) vilayət yolunda müqaviməti, insanlara İslami həyat tərzi meyarları göstərməsi, Fədək bağlarının qorunmasında təlaşlarının hədəfi, siyasi, ictimai, dini və elmi fəaliyyətlərinin təhlili, xanım Zəhranın (s) iqtisadi və mədəni cihadı kimi məsələlər müzakirə ediləcəkdir.  

İran İslam Respublikasının Ümumdünya Əhlül-Beyt (ə) Cəmiyyətinin ictimai işlər idarəsinin baş direktoru xanım İran Rüknabadi bu barədə İQNA ilə müsahibəsində məlumat verərək deyib: Bu toplantı "Mehdi Nuru Ümidi Mədəniyyət Müəssisəsi, Quran maarifi və elmləri universiteti, Quran bustanı müəssisəsi, Rəzəvi Xorasanı əyalətinin təhsil naziriliyi şöbəsi, Yəzd əyalətinin təhsil şöbəsi, İslami Azad Universiteti, Ali Dini Elmi Hövzələrin araşdırma müəssisələri, Müqəddəs Müdafiə kitablarının nəşri fondu, konfransların ixtisaslaşdırılmış nəşri müəssisəsi (civilica) və digər qrum və təşkilatların həmkarlığı ilə keçiriləcək.

O vurğulayıb: Oktyabr ayında keçiriləcək toplantının açılış mərasimi Tehranda, yekun mərasimi isə Məşhəd şəhərində təşkil ediləcəkdir. Yekun mərasimi üçün Məşhəd şəhərinin seçilməsinin səbəbi isə toplantıda iştirak edəcək qeyri-şiə qonaqlar üçün Əhli-Beyt (ə) imamlarından birini ziyarət emək imkanı yaratmaqdır.   

http://iqna.ir/fa/news/3821616

captcha