IQNA

14:41 - July 07, 2019
Xəbər sayı: 3485459
İşğal olunmuş Qüdsdə Roma pravoslav kilsəsinin baş arxiyepiskopu deyib: Ərəb ölkələrinin maliyyə dəstəklərinə malik olan Amerika fələstinlilərə qarşı birbaşa təcavüzkarlığa daxil olubdur.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Roma pravoslav kilsəsinin baş arxiyepiskopu Ətaullah Həna əlavə edib: Amerika proqramlaşdırma aparır. Onun proqramlarını maliyyə cəhətdən təmin etmək də neftlə münbit bəzi ərəb ölkələrinin üzərinə düşür.

Həna həmçinin Amerikanın işğal olunmuş Fələstindəki səfiri Devid Fridmanın və ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Cison Qrinblatın Məsciduləqsa-nın kənarındakı sionist qəsəbə tuneli layihəsinin açılış mərasimində iştirakını Amerikanın Fələstin xalqına qarşı təcavüzdə birbaşa iştirakı adlandırıb.

Səlvanda fələstinlilərin mənzillərinn altından Məsciduləqsanın cənubunadək bir tunelin salınmasının başa çatması ilə sionistlər “Təriqulhoccac” adlı bu tuneli işğal olunmuş Qüdsün yəhudiləşdirilməsi planının bir hissəsi kimi Amerikadan olan nümayəndələrin rəsmi iştirakı ilə açıblar.

Teqlər: Amerika ، Fələstin ، iqna ، Quran
Ad:
E-poçt:
* Comment: