IQNA

18:19 - July 07, 2019
Xəbər sayı: 3485463
"Əsrin Müqaviləsinin müxtəlif cəhətlərinin araşdırılması" toplantısında Fələstinin Tehrandakı səfiri və İran İslam Respublikasının Xarici İşlər Nazirinin müşaviri Hüseyn Şeyxul-İslami iştirak edəcəklər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, sabah, həftənin birinci günü, 8 İyul 2019-cu il, Fələstin cümhuriyyətinin Tehrandakı səfiri Səlah əz-Zəvavi İQNA-nın qonağı olacaq.

İQNA-nın təşəbbüsü ilə keçirilən bu görüşdə Amerikanın "Əsrin Müqaviləsi" layihəsinin müxtəlif cəhətləri araşdırılacaq.

"Əsrin Müqaviləsinin müxtəlif cəhətlərinin araşdırılması" adlı bu toplantıda Fələstin cümhuriyyətinin Tehrandakı səfiri və İran İslam Respublikasının Xarici İşlər Nazirinin müşaviri Hüseyn Şeyxul-İslami iştirak edəcəklər.

Sabah, günün birinci yarısında, saat 11:00-da başlayacaq bu iclasda "əsrin müqaviləsinin icrasına mane olan amillər", Mənamə toplantısında Ərəb ölkələrinin həmkarlığı və digər bu kimi mövzular araşdırılacaq.

Bütün media fəalları, jurnalistlər və "əsrin müqaviləsi" məsələsi ilə maraqlananlar bu iclasda iştirak edə bilərlər.  

http://iqna.ir/fa/news/3825043

Ad:
E-poçt:
* Comment: