IQNA

9:00 - July 08, 2019
Xəbər sayı: 3485467
Bu iş səkkiz ildir ki, ardıcıl olaraq İraqın Bağdad, Vasit, Babul, Ziqar, Nəcəf, Kərbəla, Bəsrə və Divaniyyə şəhərlərində və həmçinin ölkə xaricində şöbə olaraq İranın Ərak şəhərində davam edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqda xanımlar üçün yay aylarında Qurani-Kərimin təlimi kursları təşkil edilib.

Bu kurslar Kərbəla şəhərinin Həzrət Abbas (ə) ziyarətgahının Quran Evinin (Darul-Quran) qadınlar bölməsinin təşəbbüsü ilə keçirilir.

Hər il yay ayında Həzrət Abbas (ə) hərəminin Darul-Quran idarəsi yay Quran fəaliyyətlərinə başlayır. Bu iş səkkiz ildir ki, ardıcıl olaraq İraqın Bağdad, Vasit, Babul, Ziqar, Nəcəf, Kərbəla, Bəsrə və Divaniyyə şəhərlərində və həmçinin ölkə xaricində şöbə olaraq İranın Ərak şəhərində davam edir.

Həzrət Abbas (ə) hərəminin "Darul-Quran" idarəsinin qadınlar bölməsinin məsulu Mənar Cəvad əl-Cəburi bu barədə deyib: Bu Quran layihəsi yay tətillərindən səmərəli istifadə etmək və qadınlar arasında Quran mədəniyyəti səviyyəsinin artırılması hədəfi ilə həyata keçirilir.

O əlavə edib: Bu kurslarda Quranın tilavəti, təcvidi, Quranla bağlı hökmləri və Quranın hifzi metodları öyrədilir. Bundan əlavə fiqh, əxlaq və əqidə məsələləri də tədris edilir.

http://iqna.ir/fa/news/3825235

Ad:
E-poçt:
* Comment: