IQNA

Türkmənistanda "İmam Rza (ə) festivalı" keçiriləcək

23:46 - July 10, 2019
Xəbər sayı: 3485483
İranın Mədəniyyət Əlaqələri İdarəsi, Türkmənistandakı səfirliyi və Mərv şəhərindəki konsulluğunun həmkarlığı ilə keçiriləcək bu festival İmam Rzanın (ə) qədim və tarixi ev muzeyində təşkil ediləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə Türkəmənistanın Aşqabad və Mərv şəhərlərində "İmam Rza (ə) festivalı" keçiriləcək.  

İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsi, İranın Türkmənistandakı səfirliyi və Mərv şəhərindəki konsulluğunun həmkarlığı ilə keçiriləcək bu festival İmam Rzanın (ə) qədim və tarixi ev muzeyində təşkil ediləcək.

İmam Rzanın (ə) müqəddəs hərəminin xüddamlarının evsahibliyi ilə keçiriləcək bu festivalda İran İslam Respublikasının rəsmi dövlət xadimlərindən ibarət heyət, Türkmənistan rəsmiləri, Əhli-Beyt (ə) imamlarının aşiqləri iştirak edəcəklər.

Bu mərasim həftənin Bazar günü, 14 İyul 2019-cu il, minlərlə insanın iştirakı ilə İmam Rzanın (ə) qədəmgahında keçiriləcək.

Bundan öncə isə, həftənin Şənbə günü, 13 İyul 2019-cu il, Aşqabad şəhərində İmam Rzanın (ə) mövlud mərasimi qeyd olunacaq.

http://iqna.ir/fa/news/3825977

captcha