IQNA

Malaziyada beynəlxalq toplantı: "Quran sivilizasiyanın təməli kimi"

10:41 - July 13, 2019
Xəbər sayı: 3485493
Kualalampur şəhərində "6th INTERNATIONAL CONFERENCE ON QURAN AS FOUNDATION OF CIVILISATION 2019" (SWAT 2019)   - "Qurani-Kərimin sivilizasiyanın təməli kimi" adlı 6-cı beynəlxalq konfrans keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "submit.confbay" informasiya portalına istinadla verdiyi xəbərə görə, cari ilin payızında Malaziyasının paytaxtı Kualampur şəhərinin "Nilay" rayonunda "6th INTERNATIONAL CONFERENCE ON QURAN AS FOUNDATION OF CIVILISATION 2019" (SWAT 2019)   - "Qurani-Kərimin sivilizasiyanın təməli kimi" adlı 6-cı beynəlxalq konfrans keçiriləcək.

Konfrans Malaziyanın İslam Elmləri Akademiyasının təşəbbüsü və Londonun "Sirac araşdırmalar və tədqiqat mərkəzi"nin həmkarlığı ilə keçirilir.

Beynəlxalq konfransın əsas mehvəri "Quran aləmlərə rəhmət: perspektivlər, çağırışlar və problemlər" mövzusu olacaq.

Bu konfransda dünyanın müxtəlif ölkələrinin Quran elmləri mütəxəssiləri, din alimləri və sair ixtisaslardan olan alimlər iştirak edəcəklər.

Quranın aləmlərə rəhmət olaraq qeyri-müsəlmanların həyatında rolu, Quran və modernizm, Quranda və sünnədə elm, müasir dövrdə Quranla əlaqələri mövzu və məsələlər, Quran və mədəniyyət, Quran və incəsənət, Quranın hifzi və qiraəti təlimləri, Quranın hərbi, siyasi, iqtisadi və sosial baxışları və bu kimi digər məsələlər konfransın müzakirə mövzusu olacaqdır.

Malaziyanın İslami Elmlər Akademiyasının Quran və Sünnə universiteti cari ilin Oktyabr ayının 8 və 9-da bu konfransa evsahibliyi edəcək.

Konfransda iştirak etmək istəyənlər gələn həftənin birinci gününədək öz məqalələrinin xülasəsini və bir ay ərzində isə məqalənin tam mətnini konfransın keçirilməsini komitəsinə göndərməlidirlər.

Məqalə göndərmək istəyənlər daha ətraflı məlumat üçün http://swatfpqs.usim.edu.my saytına müraciət edə bilələr.  

http://iqna.ir/fa/news/3826438

captcha