IQNA

15:10 - July 13, 2019
Xəbər sayı: 3485496
Hesabata görə, 2019-cu ilin birinci yarısında Hindistanın kontrolunda olan və müsəlman cəmiyyətin ən çox yaşadığı Came və Keşmir əyalətində baş verən çəkişmələrdə ən azı 271 nəfər öldürülüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanda fəaliyyət göstərən insan haqları qruplarından birinin hesabatında deyilir ki, 2019-cu ilin birinci yarısında Hindistanın kontrolunda olan və müsəlman cəmiyyətin ən çox yaşadığı Came və Keşmir əyalətində baş verən çəkişmələrdə ən azı 271 nəfər öldürülüb.

Cammu və Kəşmir Vətəndaş Cəmiyyəti Koalisiyası )JKCCS( sonuncu hesabatında elan edib ki, bu dövrdə Hindistan təhlükəsizlik qüvvələrinin və müstəqillik istəyən qruplaşmaların hər birinin qurbanlarının sayı 108 nəfərə çatıb. Bu çəkişmələrdə 43 nəfər sivil vətəndaş da həyatını itirib.

Həmçinin hesabatda deyilir ki, cari ilin birinci yarısında Hindistan polisi və təhlükəsizlik qüvvələri ayrılıq tələb edən qruplaşmalara qarşı ən azı 177 əməliyyat keçirib. Bu əməliyyatların ən çoxu Keşmirin Kulgam, Anantang, Puluama və Şupiyan rayonlarında keçirilib.  

Xatırladaq ki, Camu və Keşmir əyaləti 1947-ci ildə Hindistan və Pakistan dövlətləri arasında ikiyə ayrılıb. İki ölkəsində arasında 1948, 1965 və 1971-ci illərdə bu ərazilər üçün üç dəfə müharibə baş verib. BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  hesabatına görə, 1989-cu ildən bu ərazi üstündə baş verən çəkişmələrdə minlərlə insan həyatını itirib.

http://iqna.ir/fa/news/3826557

Teqlər: cammu ، keşmir ، hindistan ، pakistan ، iqna
Ad:
E-poçt:
* Comment: