IQNA

Fransa televiziyasından İslam animasiyası yayımlanacaq

19:54 - July 14, 2019
Xəbər sayı: 3485505
Frans TV-dən yayımlanacaq İslami animasiya proqramı layihəsinin oyunçusu və senari müəllifi İsmayil Səidi öz layihəsini Fransa televiziyasına sınaq yayımı üçün təklif etmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Fransanın paytaxtı Paris şəhərində yerləşən Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, Fransa televiziyası vasitəsi ilə uşaqlar üçün İslami animasiya proqramı yayımlanacaq.

Uşaqlar üçün İslami animasiya təlim və maarif proqramının hazırlanması və yayımından əsas hədəf Fransa cəmiyyətində, xüsusi ilə də uşaqlarda İslam və müsəlmanlar barədə olan yanlış təsəvvürlərin islah edilməsidir.

Frans TV-dən yayımlanacaq bu proqram layihəsinin oyunçusu və senari müəllifi İsmayil Səidi öz layihəsini Fransa televiziyasına sınaq yayımı üçün təklif etmişdir.

Bu layihə əsasında hazırlanan "İsmayılın sərgüzəştləri" adlı animasiya filmi 30 hissəli serialdan ibarətdir. Filmin hər seriyası dörd dəqiqə olacaq. Filmin əsas qəhrəmanları İsmayıl və atasıdır. Filmdə onların dili ilə müsəlmanlar və İslam barədə uşaqlara məlumat ötürüləcək.    

http://iqna.ir/fa/news/3826915

captcha