IQNA

Terrordan sonra müsəlmanların vəziyyəti yaxşılaşıb

8:54 - July 15, 2019
Xəbər sayı: 3485508
Kristçörç terrorundan sonra cəmiyyət müsəlmanlarla həmrəy oldu, müsəlmanlara xüsusi diqqət ayrıldı. Müsəlman cəmiyyətlərin rəhbərləri dövlət rəsmiləri ilə birbaşa görüşə və danışıqlar apara bildilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "thearabweekly" informasiya portalına istinadla verdiyi xəbərə görə, cari ilin Mart ayında Yeni Zelandiyada müsəlmanların iki məscidində baş verən terror hadisəsindən sonra müsəlmanların vəziyyəti yaxşılaşıb və şərait onlar üçün yaxşıya doğru dəyişilib.

Yeni Zelandiyanın Nur məscidi və Linvod İslam Mərkəzində (Linwood Islamic Centre) baş verən terror hadisəsinədək müsəlmanlar bu ölkədə tanınmaz yaşayan dini azlıq idilər. Amma 51 nəfər günahsız və sivil müsəlmanın terror qurbanı olması şəraiti müsəlmanların xeyirinə dəyişdi.

Kristçörç şəhərindəki terrordan sonra cəmiyyət müsəlmanlarla həmrəy oldular. Dövlət tərəfindən müsəlmanlara xüsusi diqqət ayrıldı. Müsəlmanlar dini məktəblər açmaq, Azanı məscidlərin minarələrindən səsucaldıcılar ilə vermək və Cümə namazlarının dövlət televiziyasından yayımlanması kimi imtiyazlar qazandılar. Müsəlmanlar cəmiyyətlərin rəhbərləri dövlət rəsmiləri ilə birbaşa görüşə və danışıqlar apara bildilər, müsəlmanları maraqlandıran məsələləri onlara çatdırdılar.

Terrora məruz qalmış Nur məscidinin camaat imamı Camal Fouda bu barədə deyir: Bu hadisə ilə bağlı müsbət reaksiyalar müsəlmanların vəziyyətini yaxşılaşdırıb. Bu bir neçə ay ərzində Nur məscidi siyasət adamları və məşhur şəxsiyyətlərin ziyarətgahına çevirilib. Özünü müsəlmanlar ilə həmrəy və həmdərd göstərmək istəyən hər kəs buraya gəlir. Bütün bunlar göstərir ki, İslama hücum edən qərblilər bu din barəsində elə də çox şey bilmirlər, hətta bilmək istəsələr belə onlara İslamın həqiqətini başa salan münasib qaynaqlar verilmir. Buna görə də İslam mərkəzləri uzunmüddətli bir proqram çərçivəsində İslami qaynaqları qərb cəmiyyəti üçün tərcümə etməlidirlər.  

http://iqna.ir/fa/news/3827111

captcha