IQNA

Ümumdünya Əhli-Beyt (ə) Birliyi 16 dildə jurnal nəşr edir

10:29 - July 15, 2019
Xəbər sayı: 3485509
İİR-nın ÜmumDünya Əhli-Beyt (ə) Birliyi müxtəlif ölkələr üçün 16 dildə İslam maarifini təbliğ edən "Kövsər", "Zeynəbin (s) ismarıcı" və "Səqəleyn mesajı" kimi məşhur jurnalları çap və nəşr edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasında fəaliyyət göstərən ÜmumDünya Əhli-Beyt (ə) Birliyi müxtəlif ölkələr üçün 16 dildə İslam maarifini təbliğ edən "Kövsər", "Zeynəbin (s) ismarıcı" və "Səqəleyn mesajı" kimi məşhur jurnalları çap və nəşr edir.

Bu barədə İQNA ilə müsahibəsində Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin "kitab şurası"nın katibi Höccətul-İslam vəl-müslimin Abbas Cəfəri Fərahani məlumat verib.

O deyib: Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyəti hər il daxildən və xaricdən olan maarifçi xanımların və din alimlərinin iştirakı ilə toplantı və konfranslar təşkil edir. Hər dörd ildə bir dəfə təşkil edilən bu toplantılarda qonaqlar öz ölkələrində yaşayan şiələrin problemlərini və ehtiyaclarını işıqlandırırlar.

İran İslam Respublikasının Qum və Məşhəd şəhərlərində keçirilən bu toplantılarda müsəlman xanımlar öz regionlarında yaşayan şiə xanımların müxtəlif məsələləri barədə məlumat verirlər. Həmin məlumatlar əsasında onların maarifləndirilməsi üçün siyasi, mədəni, ictimai və incəsənət mövzularında kitab tərcüməsi və təlifi və jurnal nəşri kimi işlər barədə qərar verilir.  

Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin "kitab şurası"nın katibi əlavə edib: Təşkilatımız tərəfindən müxtəlif ölkələrdə 16 jurnal çap və nəşr edilir. Bunlardan Ərəb, İngilis, İspan və Urdu dillərində çap və nəşr edilən "Səqəleynin mesajı", Rus, İspan və Fars dillərində çap və nəşr edilən "Kövsər, Urdu dilində çap və nəşr edilən "Zeyəbin (s) ismarıcı", "Misbahul-Hüda", "Məvəddət", "Tuba" və "Elmin sədası", Finlandiya dilində çap və nəşr edilən "Salam", İspan dilincə çap və nəşr edilən "Kiçik Mələklər", Fars dilində çap və nəşr edilən "Xəzinə", "Bəşarət" və "Büşra", Türk dilində çap və nəşr edilən "Qiblə", Banqal dilində çap və nəşr edilən "Nur" və "İntizar", Fransız dilində çap və nəşr edilən "Hikmət" və "Elm sərçeşmələri" və sair işarə etmək olar.

Bundan əlavə bir çox jurnalların da elektron vesriyaları da internet üzərindən oxuculara çatdırılır.

http://iqna.ir/fa/news/3826899

Teqlər: iqna ، Əhli-beyt ، jurnal ، kitab
captcha