IQNA

İmam Rzanın (ə) xüsusi salavatı hüsnxətt ilə yazıldı – Foto

22:50 - July 15, 2019
Xəbər sayı: 3485510
İmam Rzanın (ə) məşhur xüsusi salavatı Rusiyanın paytaxtı Moskva şəhərində hüsnxətt ilə yazılaraq Həzrət Fatimeyi-Zəhra (s) hüseyniyyəsinə hədiyyə edildi.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Rusiyadan verdiyi xəbərə görə, İmam Rzanın (ə) məşhur xüsusi salavatı Rusiyanın paytaxtı Moskva şəhərində hüsnxətt ilə yazılaraq Həzrət Fatimeyi-Zəhra (s) hüseyniyyəsinə hədiyyə edildi.  

Bu əsəri Həzrət İmam Rzanın (ə) mübarək mövludu münasibəti ilə İran İslam Respublikasının məşhur hüsnxətt ustadı Nasir Tavusi yaradıb.

O, Çeçenistanın paytaxtı Qroznı şəhərində keçirilən hüsnxətt yarışlarına hakimlik etmək üçün Rusiyadadır.

Nasir Tavusi bu səfər çərçivəsində Moskvanın müxtəlif universitetlərində öz əsərlərinin də sərgisini keçirib.

Onun əsərləri Rusiyanın media təşkilatları və xəbər portalları tərəfindən maraqla qarşılanıb və işıqlandırılıb.

Qeyd edək ki, son illərdə "Kəramət on günlüyü" (Həzrət Məsumənin və İmam Rzanın mövlud günləri) mərasimi Rusiyada yaşayan müsəlmanlar arasında da geniş miqyasda keçirilir. Moskvanın İslam Mərkəzində keçirilən mövlud mərasimlərində Əhli-Beyt (ə) aşiqləri izdihamlı şəkildə iştirak edirlər.    

http://iqna.ir/fa/news/3827236

captcha