IQNA

Əfqanıstanda 6 gündə 195 nəfər öldü

10:33 - July 17, 2019
Xəbər sayı: 3485526
Amerika və Taliban terror təşkilatı arasında sülh danışıqlarının inkişaf xətti üzrə aparıldığının deyildiyi bir zamanda Əfqanıstanda altı gün ərzində 195 nəfər insan həyatını itirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Amerika və Taliban terror təşkilatı arasında sülh danışıqlarının inkişaf xətti üzrə aparıldığının deyildiyi bir zamanda Əfqanıstanda altı gün ərzində 195 nəfər insan həyatını itirib.

Əfqanıstanın səhiyyə nazirliyinin yeni hesabatında deyilir ki, 2019-cu İyul ayının 5-dən 11-dək hökumət tərəfdarı olan silahlı qüvvələrdən 143 nəfər və sivil vətəndaşlardan isə 52 nəfər həlak olub.

Halbuki həmin günlər əzrində Amerika və Taliban terror təşkilatı arasında Əfqanıstanda sülh məsələsində danışıqların inkişaf etdiyi deyilirdi.

Sülh danışıqları getdiyi zamanda ölənlərin də sayı çoxalıb. Əfqanıstanın Qənduz əyalətinin Kənduz şəhərində döyüşlər və itkilər daha ağır olub. Həmin şəhərin "İmam Sahib" rayonunun təhlükəsizlik qərargahlarına Taliban dəfələrlə hücumlar edib.

http://iqna.ir/fa/news/3827503

Teqlər: taliban ، Əfqanistan ، iqna
captcha