IQNA

Nigeriya səfirliyi qarşında Şeyx Zəkzaknin azadlığı tələbi ilə etiraz aksiyası keçirilib - Foto

15:16 - July 18, 2019
Xəbər sayı: 3485534
Aksiyada əcnəbi və iranlı tələbələr iştirak edib. Etriazçılar Beynəlxalq qurumlardan istəyiblər ki, Şeyx İbrahim Zəkzakinin səhhətini nəzərə alaraq onun azad olunması üçün çalışsınlar.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gün Tehranda Nigeriya səfirliyi qarşısında Şeyx Zəkzakinin azadlığı tələbi ilə aksiya keçirilib. 
Aksiyada əcnəbi və iranlı tələbələr iştirak edib. Etriazçılar Beynəlxalq qurumlardan istəyiblər ki, Şeyx Zəkzakinin səhhətini nəzərə alaraq onun azad olunması üçün çalışsınlar.  
Etirazçıların bəyanatnda bildirilir ki, Şeyx Zəkzaki günahsızdır və səhhəti  pisləşib ,lakin hələdə zindanda saxlanılır və tibbi xidmətlərdən məhrumdur. 
Xatırladaq ki, 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib.  
Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.
 
 
 
 
 
Teqlər: nigeriya ، Şeyx zəkzaki ، iqna ، aksiya
captcha