IQNA

Sepah "USS Boxer" freqatının izlənilməsi barədəki videonu yayıb

9:30 - July 20, 2019
Xəbər sayı: 3485546
ABŞ prezidenti Donald Tramp cümə axşamı günü gecə iddia etmişdi ki, bu ölkənin "USS Boxer" freqatı Hörmüz boğazında bir İran pilotsuzu hədəfə alıbdır. SEPAH bu iddianın yalan olduğunu isbatladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın ictimai əlaqələr bölməsi dünən gecə amerikalı gəminin izlənilməsi barədəki videonu yayaraq, Amerika prezidentinin Hörmüz boğazında bir İran pilotsuzunun vurulmasına dair iddiasının puç bir sənəd olduğunu təqdim edib.

ABŞ prezidenti Donald Tramp cümə axşamı günü gecə iddia etmişdi ki, bu ölkənin "USS Boxer" freqatı Hörmüz boğazında bir İran pilotsuzu hədəfə alıbdır.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın ictimai əlaqələr bölməsi bildirib: Silahlı qüvvələrin informasiyası əsasında Sepah-ın hava-kosmos qüvvələri cümə axşamı günü ərzində cari tapşırıqların icrası zamanı Amerikanın "USS Boxer" freqatını və onunla yanaşı olan beş ədəd kateri Hörmüz boğazına daxil olduqları andan bəri üç saat müddətinə tam şəkildə izləyib və onların üzərində dəqiq nəzarətə malik olubdur və bu müddətdə İranın PUA bazaları qeyd olunan freqatda Amerikanın terrorçu qüvvələri tərəfindən heç bir qeyri-adi və təhdidedici hərəkət qeydə almayıb və müşahidə etməyiblər.

kod
 
kod

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın ictimai əlaqələr bölməsi dünən axşam bir bəyanatda amerikalıların Hörmüz boğasında bir İran pilotsuzunun vurulması barədə iddia olunan əməliyyatı gülünc adlandıraraq, bildirmişdi ki, tezliklə Sepah-ın hava-kosmos qüvvələri pilotsuzlarının amerikalıların freqatı barədəki təsvirlərini yayacaq və onların iddialarının yalan və əsassız olmasını dünya xalqlarının nəzərinə çatdıracaqdır.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyyed Əbbas Eraqçı da dünən səhər Trampın bu iddiasına reaksiyada öz şəxsi twitter səhifəsində İranın nə Hörmüz boğasında, nə də ki, digər bir məkanda bir pilotsuz itirmədiyini bildirərək, satirik formada yazmışdı: Nigaranam ki, "USS Boxer" gəmisi səhvən öz pilotsuzlarından birini vurmuş olsun.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də dünən səhərçağı twitter-də İran ilə Amerika arasındakı məsafəni göstərən bir xəritənin təsvirini yayaraq, amerikalı tərəfə xatırlatdı ki, Qərbi Asiya bölgəsindəki rəftarı nə qədər müdaxilə mahiyyətli olub və amerikan gəmisi nə qədər Amerika sərhədlərindən uzaq, İran sərhədlərinə isə yaxındır.

Teqlər: iqna ، pua ، iran ، neft tankeri ، tramp
captcha