IQNA

Türkiyə Yəmənə humanitar yardım göndərib

7:32 - July 23, 2019
Xəbər sayı: 3485562
Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Mərkəzi (AFAD) Yəmənin cənubunda yerləşən Lahic əyalətinin Xərraz qaçqın düşərgəsində məskunlaşmış Yəmənli qaçqınlar arasında min paket ərzaq paylayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Mərkəzi (AFAD) Yəmənin cənubunda yerləşən Lahic əyalətinin Xərraz qaçqın düşərgəsində məskunlaşmış Yəmənli qaçqınlar arasında min paket ərzaq paylayıb.

Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Mərkəzinin (AFAD) humanitar yaradımlarını Yəmənli qaçqınlar üçün daşıyan heyətin məsulu Mustada Ayaz bu barədə deyib: Bu humanitar yardım Türkiyənin "Yəmənin 8 şəhərində 25000-dən çox qida paketinin paylaşılması layihəsi" çərçivəsində həyata keçirildi.

Qeyd edək ki, Yəmən 2015-ci ildən Amerika və İsrailin fitnəsi ilə yaradılmış və Səudiyyə Ərəbistanın başçılıq etdiyi hərbi koalisiyanın işğalçı təvavüzü nəticəsində müxtəlif böhranları yaşamaqdadır. İşğalçı koalisiyanın hava hücumları nəticəsində minlərlə sivil yəmənli şəhid olub, minlərlə insan qaçqın düşüb, 14 milyon yəmənli aclıq və qıtlıq böhranını yaşayır, uşaqlar, xanımlar və qocaların sağlamlığı yayılmaqda olan müxtəlif xəstəliklərə görə ciddi təhlükə altındadır.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  hesabatına görə, Yəmən dünyanın ən pis bəşəri böhranını yaşayır.     

http://iqna.ir/fa/news/3829047

captcha