IQNA

23:43 - July 23, 2019
Xəbər sayı: 3485565
İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani bu gün (23 İyul 2019) HƏMAS-ın (Fələstin İslami Müqavimət Hərəkatı) siyasi bürosunun sədr müavini Saleh Aruri ilə görüşüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani bu gün (23 İyul 2019) HƏMAS-ın (Fələstin İslami Müqavimət Hərəkatı) siyasi bürosunun sədr müavini Saleh Aruri ilə görüşüb.

İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani bu görüşdə Ərəb mürtəceləri və reaksionerlərin İran və Fələstin müqavimət gücləri arasında ayrıntı yaratmaq istədiklərinə işarə edib və onların bu arzularının nakam qaldığını vurğulayıb.

Əli Şəmxani əlavə edib: Fələstin xalqının istəklərinin əksinə olan yalançı layihə və planlar həmişə nəticəsiz qalacaqdır.  

Milli Təhlükəsizlik Ali Şurasının katibi vurğulayıb: İslam İnqilabının əsas prinsiplərindən biri də Fələstin xalqının armanlarını dəstəkləmək olmuşdur və Fələstin İslam Müqaviməti uşaq qatilləri olan sionistlərin üzərində tam qələbə əldə edincəyədək də bu dəstək davam edəcəkdir.

HƏMAS-ın (Fələstin İslami Müqavimət Hərəkatı) siyasi bürosunun sədr müavini Saleh Aruri deyib: Amerika və İsrailin İran İslam Respublikasına qarşı düşmənçiliyi və sanksiyalardan təhdid kimi istifadə etməsi İran xalqının Fələstinlilərə kömək etməsində iradəsini sarsıda bilməyib.

O əlavə edib: Mən Fələstin xalqının İslami müqavimət güclərinin nümyəndəsi olaraq İran xalqı ilə həmrəyliyimizi elan edirəm. İran İslam Respublikasının əleyhinə atılmış hər bir addım həqiqətdə Fələstin xalqı və İslam Müqavimətinə qarşı atılmışdır. Biz İranı dəstəkləyənlərin ön xəttində dayanmışıq.

http://iqna.ir/fa/news/3829462

Ad:
E-poçt:
* Comment: