IQNA

Səudiyyəli blogger lənətlənərək Əqsa məscidindən qovuldu

8:16 - July 24, 2019
Xəbər sayı: 3485568
Səud rejiminin işğal olunmuş Fələstinə göndərilmiş nümayəndə heyətinin üzvü və sionist rejimlə münasibətlərin adiləşdirilməsinin himayədarı fələstinlilər tərəfindən Əqsa məscidindən çölə atıldı.

İQNA-nın verdiyi xəbərə görə, sosial şəbəkələrin ərəbdilli fəalları bazar ertəsi günü gecə bir video paylaşıblar. Bu video göstərir ki, səud rejiminin işğal olunmuş Fələstinə göndərilmiş nümayəndə heyətinin üzvü və sionist rejimlə münasibətlərin adiləşdirilməsinin himayədarı fələstinli namazqılanlar tərəfindən Məsciduləqsanın içərisindən çölə atılır.

Səud rejiminin işğal olunmuş Fələstinə göndərilmiş nümayəndə heyətinin üzvü Muhəmməd Əlsəud sionist rejimin fələstinlilərin evlərini dağıdıb, onlardan bir çoxunu didərgin salan zaman bu rejimin siyasi və təhlükəsizlik üzrə məsul şəxsləri ilə görüşdü.

O, sionistlərə dedi: Sionistlər mənim ailəm kimidirlər və mən sizin hamınızı sevirəm.

Bu səud fəalı ölkəsinin sionist rejimlə münasibətlərinin adiləşdirilməsini istəyibdir. O, dünən Qüdsün cənubunda bir çox fələstinli evinin dağıdılması ilə bir zamanda Məsciduləqsa-ya getmək qərarına gəldi, amma layiq olduğu həddə Məsciduləqsanın ətrafındakı küçə və bazarlardakı fələstinlilər tərəfindən qarşılandı.

Beytulmuqəddəsin hiddətlənmiş əhalisi bu səud bloggerin bu müqəddəs torpaqlardan çıxarılmasını istəyirdi. Bəzi fələstinlilər onu lənətləyirdilər. Uşaqlar da onun üzünə tüpürürdülər. O, heç bir reaksiya vermədən alçalmış, zəlil bir vəziyyətdə öz yolunu davam etdirdi.

Qeyd edək ki, bu səud blogger sionist işğalçıların mədhiyyəçisi kimi tanınır. Və son zamanlar da bir videoda ingilis dilində fələstinlilərin nikbət günü münasibətilə sionistləri təbrik edərək, mənfur sionist rejimi üzdəniraq “azadlıq simvolu” adlandırmışdı. (sahartv)

captcha