IQNA

Həcc mərasiminə Rusiyadan 25 min nəfər zəvvar gedəcək

23:12 - July 24, 2019
Xəbər sayı: 3485571
Cari ildə Səudiyyə Ərəbistanı Rusiyalı hacıların kvotasını 5 min nəfərədək artırdığı üçün bu ilin Həcc mərasimində Rusiyadan 25 min nəfər iştirak edəcək.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ildə Səudiyyə Ərəbistanı Rusiyalı hacıların kvotasını 5 min nəfərədək artırdığı üçün bu ilin Həcc mərasimində Rusiyadan 25 min nəfər iştirak edəcək.  

Bu ilin Zil-Həccə ayında Rusiya federasiyasının Dağıstan, Çeçenistan, Tatarıstan, Başqırdıstan və İnguşetiya kimi 64 muxtar respublikasının müxtəlif əyalət, şəhər və rayonlarında yaşayan müsəlmanlar Həccə ayinlərinə yerinə yetirmək üçün Hicaza gedəcəklər. Rusiyalı hacıların çoxu Şimali Qafqazadan olacaq.

Rusiya Avropa və Asiyanı birləşdirən bir ölkədir. Bu ölkənin əhalisinin əksəriyyəti ortodoks xristiandırlar. İslam dini davamçılarının sayına görə Rusiyada ikinci dindir.  

http://iqna.ir/fa/news/3829812

Teqlər: rusiya ، həcc ، dağıstan ، tatarıstan
captcha