IQNA

8:20 - July 26, 2019
Xəbər sayı: 3485578
BMT-nin xüsusi nümayəndəsi Myanmanın Raxin əyalətindəki mövcud şəraitin Rohingiya müsəlman qaçqınlarının geriyə qayıtması üçün münasib  olmadığını açıqlayıb. 
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT təmsilçisi Kristina Şraner-Burgener  Banqladeşin xarici işlər nazirinin müavini Muhamməd Şəhidula Haqq ilə Dəkkədə baş tutan görüşündə bildirib ki, Raxin əyalətində  durum müsəlman qaçqınlar olan Rohingiyalıların geri dönmələrinə imkan vermir.
K.Şraner -Burgener Myanmanın Raxin ştatına 10 günlük səfəri çərçivəsində, Myanma hökumətinin  məhdud icazə verdiyi bəzi ərazilərini gəzib. Həmçinin  Koks –Bazar rayonunda yerləşən qaçqın düşərgəsinə baş çəkib. Qarşı günlərdə isə Myanmanın xarici işlər naziri ilə birgə Banqladeşdəki qaçqın düşərgəsinə gedəcəklər.
Qeyd edək ki, 2017-ci ilin avqust ayının 25-dən Myanmarda müsəlmanlar əleyhinə kütləvi zorakılıq və soyqırım başlayıb. Bunun nəticəsində 900 minə yaxın müsəlman öz yurd-yuvasından didərgin düşərək Banqladeşə sığınıb. Kütləvi qırğınlar nəticəsində 10 minə yaxın müsəlman öldürülüb.
BMT müfəttişləri Myanmadakı zorakılığı, kütləvi qırğını, törədilmiş yanğınları, müsəlmanlara göstərilən aqressiya və mənəvi təzyiqləri “soyqırım” kimi tanıyır. 
Teqlər: raxin ، myanma ، ruhingiya ، iqna
Ad:
E-poçt:
* Comment: