IQNA

Ərəbistanda Rusiyalı zəvvarları Quranla qarşıladılar – Foto

11:59 - July 28, 2019
Xəbər sayı: 3485592
Rusiyanın müxtəlif əyalətlərindən Həcc səfərinə gedən zəvvarlar Oman və BƏƏ ölkələrinin Ərəbistanla müştərək sərhədi sayılan "Bətha" sərhəd keçid məntəqsindən Səudiyyə Ərəbistanına daxil olublar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının müxtəlif əyalətlərindən Həcc səfərinə gedən zəvvarlar "Bətha" sərhəd keçid məntəqsindən Səudiyyə Ərəbistanına daxil olublar.

Rusiyalı zəvvarlara Bətha keçir məntəqsində Səudiyyə Ərəbistanın İslami İşlər və İslami İrşad Nazirliyinin təşəbbüsü ilə Rus dilinə tərcümə edilmiş Qurani-Kərim nüsxələri və digər dini kitablar hədiyyə edilib.

Səudiyyə Ərəbistanın İslami İşlər və İslami İrşad Nazirliyinin əş-Şərqiyyə əyaləti üzrə şöbəsinin baş direktoru Ömər ibn Feysəl əd-Dərviş bu barədə deyib: Hacılar arasında Qurani-Kərim nüsxələri və dini kitablar paylanılıb. Bundan əlavə dini mübəlliğlər və mütərcimlər Bətha sərhəd keçid məntəqəsində zəvvarların Həcc ayinlərinin icrası barədə suallarını cavablandırıblar.

Xatırladaq ki, hər il Həcc ayinləri mövsümündə Rusiyadan 10 mindən çox kişi və qadın Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gəlirlər.

Qeyd edək ki, Bətha sərhəd keçid məntəqəsi Oman, BƏƏ və Səudiyyə Ərəbistanı arasında yeganə sərhəd keçid məntəqəsidir. Bu bölgədə zəvvarlar üçün tam şəraitli bir qəsəbə salınmışdır. Bu qəsəbədə zəvvarlara müxtəlif xidmətlər göstərilir.    

http://iqna.ir/fa/news/3830173

توزیع قرآن و کتب دینی بین حجاج روس 

توزیع قرآن و کتب دینی بین حجاج روس  
Teqlər: həcc ، rusiya ، Bətha ، ərəbistan ، iqna
captcha