IQNA

Nəbil Faruq: Bəhreyn hakimiyyəti insanlığa qara ləkədir!

9:32 - July 29, 2019
Xəbər sayı: 3485600
Şeyx Nəbil Faruq həftənin Bazar günü, 28 İyul 2019-cu il, Bəhreyndə iki şiə cavanın edam edilməsi məsələsinə işarə edərək dedi: Bəhreyn hakimiyyəti Ərəblər, müsəlmanlar və bəşəriyyət üçün qara ləkədir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan İslam Müqaviməti Hərəkatının (HİZBULLAH) mərkəzi şurasının üzvü Şeyx Nəbil Faruq dünən, həftənin Bazar günü, 28 İyul 2019-cu il, Bəhreyndə iki şiə cavanın edam edilməsi məsələsinə işarə edərək dedi: Bəhreyn hakimiyyəti Ərəblər, müsəlmanlar və bəşəriyyət üçün qara ləkədir.

O əlavə edib: Bəhreyn hakimiyyəti öz siyasətləri və maraqlarını qorumaq üçün xalqını qətliam edir. Bunu bütün cinayətləri və eləcə də iki cavanı günahsız edam etməyi ilə göstərdi.

Livan İslam Müqaviməti Hərəkatının (HİZBULLAH) mərkəzi şurasının üzvü vurğuladı: Bəhreyn hakimiyyəti əzmək, terror və cinayət siyasətini Amerika və İsrailin layihələri əsasında yerinə yetirir.

Şeyx Nəbil Faruq bildirib: Bəhreyn hakimiyyəti Fələstinə arxadan zərbə vurmağa razı olub, sionist yəhudilərlə həmrəylik göstərib və müsəlman millətin düşməni mövqeyində dayanıb.

Livan İslam Müqaviməti Hərəkatının (HİZBULLAH) mərkəzi şurasının üzvü Şeyx Nəbil Faruq açıqlayıb: İran İslam Respublikası bütün dünyaya isbat etdi ki, Amerikanın həyasızlığı ilə mübarizənin önündə durub. Bu sahədə bütün mübariz və müqavimətçi xalqlara və təşkilatlara örnəkdir. Bütün bunlar İran xalqının müqaviməti və Ayətullah Xameneinin həkimanə və şücaətli qərarlarına görədir. Buna görə də Amerika İranın qarşısında xar və zəlildir, amma Fars körfəzindəki Ərəb hakimlərinə ağalıq edir.

O əlavə edib: 2006-cı ilin İyun ayının şəhidlərinin qanı sübut etdi ki, Amerika terrorçudur və terrorçuların başçısıdır. Livanın düşmənidir və bu torpağa düşən hər bir damla qanda payı vardır.

http://iqna.ir/fa/news/3830616

Teqlər: iqna ، nəbil faruq ، hizbullah ، bəhreyn ، edam ، xamenei
captcha