IQNA

Bendigoda ilk İslam Mərkəzi və məscid tikilir

22:53 - July 30, 2019
Xəbər sayı: 3485610
Bu İslam Mərkəzi Viktoriya əyaləti üçün dövlət tərəfindən "çoxmədəniyyətli cəmiyyətin formalaşması büdcəsi"ndən ayrılmış 400 min dollar vəsait hesabına "GKA Architects" şirkəti tərəfindən tikiləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avstraliyanın cənubunda yerləşən Viktoriya əyalətinin Bendigo şəhərində ilk İslam Mərkəzi və məscidin inşasına başlanıb.

Yeni inşa edilən İslam Mərkəzinin məscidi, mədəniyyət zalı və idman mərkəzi olacaqdır.  

Bu İslam Mərkəzi Viktoriya əyaləti üçün dövlət tərəfindən "çoxmədəniyyətli cəmiyyətin formalaşması büdcəsi"ndən ayrılmış 400 min dollar vəsait hesabına "GKA Architects" şirkəti tərəfindən tikiləcək.

Yeni tikiləcək İslam Mərkəzinin tikilməsi üçün 2014-cü ilə razılıq alınıb və tikinti layihəsi 2016-cı ildən hazırlanıb. Şirkət bu məscidi Suriya-İslam memarlığı əsasında tikəcək.

Qeyd edək ki, müsəlmanlar çox qədim zamanlardan Avstraliyada yaşayırlar. Bendigo şəhərində 500 nəfər civarında müsəlman yaşayır.

http://iqna.ir/fa/news/3830693

captcha